Hüquq Resurs Mərkəzi -
Kitabxananın kitablarına bax
YARANMA TARİXİ
Hüquq Resurs və İnformasiya Mərkəzi (HRİM) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Azərbaycan əhalisini hüquqi məlumatla təmin etmək məqsədi ilə 2000-ci ilin fevral ayında ABA-CEELİ tərəfindən yaradılmışdır. Hal-hazırda HRİM-in 2960-dən çox qeydiyyatdan keçmiş üzvü var. HRİM-də internet vasitəsi ilə hüquq sahəsində tədqiqatlar aparmaq, hüquq sahəsinə aid olan ədəbiyyatlardan (Rus, Azərbaycan və İngilis dillərində) surət çıxarmaq və Azərbaycan Respublikası Qanunvericilik Aktlarının Məlumat Bazasından istənilən qanunvericilik aktını çap etmək olar. Burada həmçinin hüquqi mövzuda seminar, təlim kursları keçirilir.
2005-ci 21 Sentyabr tarixindən HRİM İnsan Hüquqları, Hüquq, Resurs və İnformasiya Mərkəzi adı altındaGənc Hüquqşünaslar Birliyinin nəzdində fəaliyyət göstərir.
İSTİFADƏ GÜNLƏRİ
- İş vaxtı: Bazar Ertəsi-Cümə 10:00 - 18:00
- Nahar Fasiləsi: 13:00 - 14:00
- İstirahət günləri: Bazar və Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş digər geyri iş günləri.
QEYDİYYAT
1. Istifadəçilər yalnız qeydiyyatdan keçdikdən sonra mərkəzin xidmətlərindən istifadə edə bilərlər.
2. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Tələbə bileti yaxud vəsiqə.
- 2 ədəd ¾ son 6 ayda çəkilmiş şəkil.
ÖDƏNİŞ
HRİM-in resurslarından istifadə pulsuzdur.
YERLƏŞDİYİ ÜNVAN:
Mirzə İbrahimov 11, mənzil 8, Bakı, Azərbaycan.
Tel: (994 12) 497-32-47, 497-31-27, 495-31-62 ; Fax: (994 12) 441-34-79
Email: gmalikova@aylu.az
05.10.04 08:05 /
28.11.05 07:24
|