Fransız Dili mərkəzi -
Medioteka Jorj Sand adina İnformasiya mərkəzi
Kitabxananın kitablarına bax
YARANMA TARİXİ
Jorj Sand adına İnformasiya mərkəzi 1997 – ci ildə Fransanın
Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin
birgə əməkdaşlığı əsasında yaranmışdır.
J. S. adına informasiya mərkəzinin yaradılmasında məqsəd
tələbə, müəllim, və digər frankofon ( fransız dilli ) istifadəçilərə
fransız dilində ensiklopedik kolleksiyalardan, lüğətlərdən,
audio və video kasetlərdən, kitablardan, CD-lərdən və internet
xidmətlərindən istifadə etməyə imkan yaratmaqdır.
MƏRKƏZDƏN İSTİFADƏ QAYDALARI
Mərkəzin iş rejimi
- İş vaxtı:
- Çərşənbə axşamı— Cümə axşamı 11:00—13: 00/
14:00—19:00.
- Çərşənbə — Cümə 11:00—13: 00/ 14:00—21:00.
- Şənbə—12:00—18: 00.
- İstirahət günləri: Bazar ertəsi, Bazar və Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
qeyri iş günləri.
Qeydiyyat
- Oxucular yalnız qeydiyyatdan keçdikdən sonra mərkəzin
xidmətlərindən istifadə edə bilələr.
- Qeydiyyat zamanı aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti.
- Yaşayış yerindən arayış
- Adına olan telefonun qəbzi
- İki ədəd şəkil ¾
- Tələbə biletinin fotosurəti ( tələbə uçün)
- Üzvülük 24 ay müddətində etibarlı vəsiqə verir.
Sənədlərin verilməsi
- Sənədləri götürən zaman oxucu mütləq oxucu vəsiqəsini
təqdim etməlidir.
- Sənədlər 3 həftəlik (21 günlük) verlir.
- Bəzi sənədlərin evə götürülməsi qadağandır:
- Dövrü mətbuatın son nömrələri.
- İşlək sənədlər kimi işarələnmiş sənədlər (
yaşıl işarə ilə işarələnmiş).
- Ayarlanmış sənədlər.
- Sənədi götürən zaman oxucu kitabda olan nöqsanlar barədə
əvvəlcədən kitabxanaçıya məlumat verməlidir. Əks halda
kitabı qaytaran zaman, kitabda olan bütün nöqsanlara oxucu
cavabdeh olacaq.
Ödəniş
Mərkəzdən istifadə pulsuzdur.
KİTABXANANIN YERLƏŞDİYİ ÜNVAN
Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küç.202, Azərbaycan
Dillər Universiteti, 1-ci mərtəbə.
14.02.03 09:42 /
06.10.04 15:16
|