Kitab.az  
Elektron Kitabxana Elektron Kataloq
AZ RU
Elektron Kataloq
Elektron Kitabxana
:: Qeydiyyat
:. Login
:. Parol
Parolu unutmusuz?
İştirakçı-kitabxanalar
Bakı Dövlət Universiteti
Fransız Dili mərkəzi
Dövlət Neft Akademiyası
Azərbaycan Dillər Universiteti
GN-İT üzrə Kitabxana
İqtisadiyyat üzrə Kitabxana
Tibb Universiteti
Heydər Əliyev Kitabxanası
Gəncliyə Yardım Fondu
Milli Elmlər Akademiyası
Hüquq Resurs Mərkəzi
British Council
Mingəçevir Politexnik İnstitutu
Naxçıvan Dövlət Universiteti
Pedaqoji Universitet.
Texniki Universitet.
Dövlət İqtisad Universiteti
İqtisadi İslahatlar Mərkəzi
Bakı Biznes Universiteti
:.. Kitabxana resursları
Ekson Azərbaycan Əməliyyat Şirkəti MMM
GN İnformasiya Texnologiyaları Təşkilatı Azərbaycan Dövlət İqtisad Universiteti
Gənclər, İdman və Turizm Nazirliyi IREX/IATP Təşkilatı
Bakı Dövlət Universiteti - Bakı Dövlət Universitetinin Elmi kitabxanası

Kitabxananın kitablarına bax

YARANMA TARİXİ

Bakı Dövlət Universitetinin kitabxanası 1919–cu ildə təşkil olunub. Hal-hazırda Universitetin Elmi kitabxanasının kitab fondu 2,5 miliyon nüsxədən ibarət olub Azərbaycanda ən böyük kitabxanalardan biri sayılır. Fondda toplanmış kitabların əksəriyyəti nadir və giymətli nəşrlər hesab olunur.

Kitabxana, 1971-ci ildən Respublikanın bütün ali məktəb kitabxanalarının elmi-metodiki mərkəzi sayılır.

«Qızıl Fond» kitabxananın fəxri fondu sayılır. Bu fond, nadir, köhnə nəşr olunmuş kitablardan, rus fondunun əlyazmalarından, Avropa dillərində olan fonddan, Azərbaycanşünaslıq və şərg şöbələrindən ibarətdir ki, burada XVI – XVIII əsrlərə aid olan nadir nüsxələr, həmçinin XIV- XVIII əsrlərə aid nadir əlyazmaları toplanmışdır. Ən qədim əlyazma 1308-ci ilə aiddir.

Fondda görkəmli yazıçıların, ictimai xadimlərin, alimlərin sağlıqlarında nəşr olunmuş əsərləri vardır. Bu zəngin fonddan universitetin 15 mindən artıq müəllim və tələbə heyətindən əlavə Azərbaycanın digər akedemikləri və elmi işçiləri də istifadə edir. Onların xidmətinə elmi, tədris və bədii ədəbiyyatdan ibarət olan 5 abonement, 12 girayət zalı verilmişdir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası Azərbaycanın ən böyük ali məktəb kitabxanalarından biri sayılır. 

KİTABXANADAN İSTİFADƏ QAYDALARI

Kitabxananın iş rejimi.

  1. İş vaxtı: Bazar ertəsi – Cümə günü 9:00 – 18:00
  2. İstirahət günləri: Şənbə, Bazar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qeyri iş günləri.

Kitabların verilməsi.

  1. Kitabları götürən zaman oxucu mütləq şəxsiyyəti təsdiq edən sənədi girov qoymalıdır.
  2. Universitetin tələbə və işçilərindən başqa digər kənar oxuculara kitablar ancaq kitabxananın oxu zalında istifadə üçün verilir.
  3. Kitabı götürən zaman oxucu kitabda olan nöqsanlar barədə əvvəlcədən kitabxanaçıya məlumat vermelidir. Əks halda kitabı qaytaran zaman, kitabda olan bütün nöqsanlara oxucu cavabdeh olacaq.

Ödəniş.

Kitabxana resuruslarından istifadə pulsuzdur.

KİTABXANANIN YERLƏŞDİYİ ÜNVAN

370148, Azərbaycan, Bakı şəhəri, Z. Xalilov kücəsi 23, Bakı Dövlət Universiteti, Elmi kitabxana, Tel: 39 06 21, Faks: 98 33 76, E-mail: sara_ibragimova@yahoo.com.

28.12.02 15:51 / 06.10.04 15:16

Главная Новости О Проекте Спонсор  GN  Участники Контакты
Copyright © GN 2002-2004. All rights reserved.