İştirakçılar
Kitab.Az Elektron Kitabxana Şəbəkəsi, öz iştirakçılarının
sayəsində araya ərsəyə gəlmişdir. Bu iştirakçıların sırasına kitabxanalar,
kitab və elmi iş müəllifləri və nəşriyyatlar daxildir. Yalnız onların
aktiv və yorulmaz əməkləri sayəsində Kitab.Az gələcəkdə də inkişaf
edərək təhsilin səviyyəsinin yüksəldilməsi və Azərbaycanda güclü
kadrlar yetişdirmək üçün bir vasitəyə çevrilə bilər.
Layihədə iştirak etmək istəyən kitabxanalar
üçün məlumat
Layihədə Azərbaycanın qabaqcıl ali təhsil ocaqları
iştirak edirlər. Həmin təhsil müəssisələrinin siyahısına Siz Elektron
Kataloq səhifəsində baxa bilərsiniz. Eləcə də Sizin ali məktəb,
aşağıda göstərilən şərtləri yerinə yetirməklə “Elektron Kitabxana
Şəbəkəsi” layihəsində iştirak edə bilər. Layihədə iştirak etmək
istəyən kitabxanalar, aşağıdakı öhtəçilikləri öz üzərilərinə götürməlidirlər:
- Kompüterdə, kitabxana fondunun verilənlər bazasının yaradılmasını
təşkil etmək.
- Bütün oxucuların, həmin bazadan kitabların axtarışını həyata
keçirmələri məqsədilə kitabxanada 1 ədəd kompüterin quraşdırılaraq,
internet şəbəkəsinə qoşulması.
- Kitabxananın işçilərinin kompüter biliklərinin artırılması
üçün treninqlərdə iştirakını təşkil etmək.
- Kitabxana üçün ayrlmış kompüterə müvafiq proqramların yüklənilməsi
və gələcəkdə nəzarət uçun İT mütəxəssisin cəlb olunması.
Kitabxanada, öz materiallarını yerləşdirmək
istəyən Muəllif və Nəşriyyatların nəzərinə
Hörmətli kitab və elmi iş müəllifləri!
Əgər Siz beynəlxalq arenaya çıxmaq, məhşurlaşmaq iştəyirsinizsə
və yaxud oxucuların, dünyanın istənilən yerində Sizin kitablarınızla
tanış olmaq imkanı əldə etmələrini və bununla da heç bir vəsait
sərf etmədən oxucu auditoriyanızı artırmaq istəyirsinizsə, onda
Siz www.Kitab.Az portalının imkanlarından istifadə edə bilərsiniz.
Bunun üçün Sizdən aşağıdakılar tələb olunur:
- Kitab və yaxud elmi tədqiqat işləri müəllifi olmaq.
- Öz kitablarınızı və özünüz haqqında informasiyanı, elektron
formada GN təşkilatına təqdim etmək. (
Əlaqələr bölməsinə bax.)
- Öz kitab və elmi işlərinizi mümkün qədər tez bizə göndərmək.
Bu Sizə daha tez bir zamanda geniş oxucu auditoriyasına çıxmaq
imkanı verəcəkdir.
Elekrton materiallar və müəllif haqqında infomasiyanın
yerləşdirilməsi üçün əlavə məlumatlar almaq üçün,
Əlaqələr bölməsində göstərilmiş əlaqələrdən istifadə
edə bilərsiniz.
|