Xəbərlər
22.12.2009. «Qarant Sığorta» şirkəti Milli Kitab Mükafatı çərçivəsində ən yaxşı hekayə müsabiqəsinə əsərlər qəbul edir
«Qarant Sığorta» şirkəti, təqdimatı M.F.Axundov adına Milli kitabxanada keçirilmiş Milli Kitab Mükafatı çərçivəsində sığortaya həsr olunmuş ən yaxşı hekayə üzrə müsabiqə elan edir.
Müsabiqə çərçivəsində hər bir şəxs sığortaya həsr olunmuş hekayəsini Milli Kitab Mükafatının təşkilat komitəsinə təqdim edə bilər. Hekayəni, www.qarant.az və www.mkm.az saytlarında təqdim etmək olar.
«Qarant Sığorta» şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində müntəzəm olaraq əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi məqsədini daşıyan tədbirlər həyata keçirir. Elan etdiyimiz müsabiqə məhz bu siyasətin məntiqi davamıdır», - deyə «Qarant Sığorta» şirkətinin İdarə Heyətinin Sədri Vaqif Həsənov bildirdi.
Hekayələr 2009-cu ilin dekabr ayının 31-dək qəbul olunacaq. Müsabiqənin qalibi «Qarant Sığorta» şirkətindən 1 min manat məbləğində mükafat, eləcə də öz mənzili üçün 100.000 manat məbləğində sığorta polisini qazanacaq.
Qeyd edək ki, «Qarant Sığorta» şirkəti Milli Kitab Mükafatının sponsorlarından biridir ki, bu da şirkətin Korporativ Sosial Məsuliyyət çərçivəsində fəaliyyətinin bariz nümunəsidir.
Ümumiyyətlə Milli Kitab Mükafatı ictimayyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatın sosial önəmini daha da artırmaq və ədəbiyyatı zənginləşdirən əsərləri dərc etdirmək məqsədini daşıyır.
«Biz səmimi qəlbdən inanırıq ki, bu layihə milli ədəbiyyat üçün böyük önəm daşıyan əsərləri yaratmaq qabiliyyətinə malik müasir yazıçıları aşkar etmək imkanını verəcək. Mən, layihənin rəsmi sponsorlarından biri qismində çıxış etməklə yanaşı, bu layihə üçün maraqlı ideyaların müəllifi olan «Qarant Sığorta» şirkətinə öz dərin minnətdarlığımı bildirirəm. Belə ki, şirkət tərəfindən təklif olunmuş ayrıca nominasiya buna misal ola bilər. Şübhəsiz ki, «Qarant Sığorta» şirkəti cəmiyyətin inkişafına dəstək verir, və bu, digər biznes qurumlar üçün nümunə olmalıdır», - deyə Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli vurğuladı.
«Qarant Sığorta» şirkəti gələcəkdə də cəmiyyət üçün faydalı olan layihələri reallaşdırmaq niyyətindədir.
|