GN təşkilatı haqqında ümumi məlumat
GN İnformasiya
Texnologiyaları Təşkilatı
Ünvan: Azərbaycan, Bakı, Istiqlaliyyət küç.
6, otaq 138, Tel.: (+994 12) 92-78-70, Faks: (+994 12) 92-40-76
Elektron poçt ünvanı: office@gn-az.org
Veb-sayt: www.gn-az.org.
Yaranma tarixi: Dekabr 1999, Qeydiyyat tarixi: 18 Mart 2000
Təşkilatın Rəhbəri: Azər Ç. Əhmədov, President
Fəaliyyət dairəsi: Təhsil (ali və orta məktəblər) kitabxanalar,
QHT, informasiya texnologiyaları sahəsi.
Əhatə etdiyi ərazi: Azərbaycan.
TƏŞKİLATIN FƏALİYYƏTİ
Yaranma məqsədi: Dünyada İnformasiya və komunikasiya
texnologiyalarının yüksək sürətlə inkişafı və yayılmasi, Azərbaycanın
orta, ali məktəb və QHT-in bu proseslərdən kənarda qalması, Bizə,
Azərbaycanı Yeni İnformasiya və Bilik iqtisadiyyatında aparıcı iştirakçılardan
birinə çevirmək məqsədinə nail olmaq üçün dövlət, donor və biznes
sektorunun imkanlarını birləşdirən “Gələcək Naminə” təşkilatını
yaratmağa zövq etdi.
Təşkilatın məqsədi:
- Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində qeyri-tarazlığın
aradan qaldırılmasına köməklik etmək;
- Proqram təminatı sahəsi və İT xidmətlərin inkişafına təkan
vermək;
- Kompüter texnologiyalarının tətbiqinin təbliğatı yolu ilə təhsilin
əsasən də İT üzrə təhsilin inkişafına imkan yaratmaq;
- Azərbaycan dilinə üstünlük verməklə milli resursların komputer
proqramları və internet texnologiyalarının yaradılmasında iştirak
etmək;
- İKT - nın müxtəlif fəaliyyət sahələrinə tətbiqi.
Həyata keçirilmiş layihələr
GN Azərbaycanda ondan artıq layihənin həyata keçirilməsi
təcrübəsinə, effektiv və uğurlu idarətmə səriştəsinə malikdir. Layihələr
nəinki Bakını, eləcə də Sumqayıt, İsmayıllı, Mingeçevir, Gəncə,
Lənkəran, Şəki şəhərlərini də əhatə etmişdir. Bizim təşkilatın əsas
benefisiarları məktəb və universitet tələbələri, müəllimlər, gənc
alimlər və yerli QHT-lərdir. Təşkilat, bütövlükdə ümumi həcmi $70.000
olan layihələr həyata keçirmişdir. Bu məbləğin $46.000 GN və onun
partnyorlarının payına düşür.
GN təşkilatı layihəni həyata keçirdikdə kəmiyyətlə yanaşı keyfiyyət
nəticələrinə də diqqət yetirir. Belə ki, həyata keçirilmiş layihələr
bizə, 8 universitet və institutu, 55 000 tələbəni, 20 000 şagirdi,
20 yerli QHT-nı, 50 QHT üzvünü, 13-35 yaş arası İnternet istifadəçilərini
əhatə etmək imkanı verdi. Həyata keçirilmiş layihələrin nəticələri
benefisiarlara informasiya texnologiyalarına aid kitablara, elektron
kataloqa, təhsil, karyera, idman, hüquq haqda informasiyaya çıxış
imkanı verdi. Bundan başqa layihələr 50 QHT nümayəndələrinə İnternet
proqramlaşdırma və dizayn üzrə bilik əldə etmək imkanı verdi.
GN İnformasiya Texnologiyaları Təşkilatı fəaliyyəti
haqqında əlavə məlumatı təşkilatın
www.gn-az.org veb saytında əldə etmək olar.
|